Modern.az

Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı bilindi

Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı bilindi

Aktual

26 Sentyabr 2019, 22:43

Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.


Modern.az  xarici mediaya istinadən xəbər ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O bildirirb ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.


Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançı 28 qələbənin qalibidir. O, hələlik məğlubiyyətlə üzləşməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!