Modern.az

Elmar Məmmədyarov Beynəlxalq Böhran Qrupunun prezidenti ilə nədən danışdı...

Elmar Məmmədyarov Beynəlxalq Böhran Qrupunun prezidenti ilə nədən danışdı...

Aktual

27 Sentyabr 2019, 08:22

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki ölkənin Xarici İşlər nazirlərinin ən son görüşü haqqında R.Maleyə məlumat verib. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinin, hərbi işğal amilinin aradan qaldırılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı