Modern.az

Qəsdən adam öldürən şəxs Sumqayıtda saxlanıldı

Qəsdən adam öldürən şəxs Sumqayıtda saxlanıldı

Aktual

27 Sentyabr 2019, 11:36

Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...