Goranboyun icra başçısı Xoylu kəndində səyyar qəbul keçirdi.
Modern.az xəbər verir ki, Məhərrəm Quliyev, rayonun idarə və təşkilat rəhbərləri ilə birgə,Xoylu kəndində səyyar qəbul keçirdi. Kənd sakinlərini dinləyən İcra Başçısı səsləndirilən problem və təkliflərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.
Bundan sonra o, Xoylu kənd körpələr evi-uşaq bağçasında olub.
İcra Başçısı burada uşaqlar üçün yaradılmış mövcud şəraitlə yaxından tanış olaraq, uşaqların düzgün qidalandırılması, aparılan məşğələlərin məqsədəmüvafiq həyata keçirilməsi barədə tapşırıq və tövsiyələrini verdi.