Millət vəkili kənddə sakinlərlə görüşüb
Deputat Novruz Aslanov sentyabrın 26-da İsmayıllı rayonuna növbəti səfərini edib, rayonun Buynuz kəndində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.
Modern.az xəbər verir ki, qəbula gələn sakinlər əsasən kəndin yol problemi və telefon xətləri barədə millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ sosial problemlər barədə olub. Millət vəkili telefon rabitəsi ilə əlaqədar müvafiq strukturlarla əlaqə saxlayıb və məsələnin həllini xahiş edib.
Məsələnin qısa müddətdə həll ediləcəyi bildirilib.