Modern.az

 Azərbaycanın “Nobel qardaşlarının ilk uğuru” filmi dünyanı dolaşır

 Azərbaycanın “Nobel qardaşlarının ilk uğuru” filmi dünyanı dolaşır

Aktual

27 Sentyabr 2019, 12:12

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş və dünyada böyük maraq doğurmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “2019 Zaporizhzhia International Film Festival Ukrainian” festivalında da digər ölkələrin filmləri ilə mübarizə aparıb. Və “Ən yaxşı sənədli film yarışması”nda bütün mərhələləri keçərək finala seçilib.  

 

Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

- Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Onlar  gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdilər. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə Tağıyev olub. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır. 1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir. Dünyaca məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir”.

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminin çəkilişləri 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub. 

Sentyabrın 10-da “Nobel qardaşlarının ilk uğuru” filmi Dominikan Respublikasında keçirilən “Internacional De Cortometrajes Libelula Dorada” festivalında “Sənədli film” kateqoriyasında xarici dil üzrə “Şərəf” adına layiq görülüb.

Cəlaləddin Qasımov deyib ki, o, layiq görüldüyü nominasiyanı alıb

Azərbaycanlı rejissor son bir ildə 80 mükafat alıb. “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmləri çəkdik və istəyimizə də nail oluruq. Bu mənim uğurum deyil Azərbaycanın mədəniyyətinin uğurudur,- C.Qasımov bildirib.

 

Dominikan Respublikasında keçirilən festivalında mukafat alan filmlərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

//cinemadominicano.com/libelula-dorada-2019-premia-sus-cortos?fbclid=IwAR3Z6PmqbrdP06ttKq56bfwdiDQZVFcypTJM82D8WOUqRVYhpTQEvebbcMk

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı