Modern.az

“İnsanların Qarabağ məsələsindən sonra maraqlandığı əsas mövzu uşaqpuludu”

“İnsanların Qarabağ məsələsindən sonra maraqlandığı əsas mövzu uşaqpuludu”

Aktual

27 Sentyabr 2019, 12:45

“Son iki gündə müxtəlif səbəblərlə bağlı 4 rayonda (Şəki,Ağsu, Hacıqabul, Sabirabad) olarkən xeyli insanla təmasda oldum. İnsanların Qarabağ məsələsindən sonra maraqlandığı əsas mövzu uşaqpulu idi”.

Modern.az xəbər verir ki, bunu keçmiş baş nazir Pənah Hüseyn sosial şəbəkələrdəki “uşaqpulu müzakirələri”nə münasibət bildirərkən deyib.


“Tam əminliklə demək olar ki, uşaqpulu günümüzün əsas sosial tələb kodlarından birini təşkil edir, hazırda birincidir. Gələn ilin dövlət büdcəsi və sosial xərclər bu fakt nəzərə alınmaqla tərtib edilməlidir. Bu sahədə indiki yaşam səviyyəsində tam proqram ildə 2 milyard manat əlavə pul vəsaiti tələb edir. Fövqəladə çətin problemdir. Lakin həll edilə bilər və həll edilməlidir. Çünki uşaq problemi daha ciddidir. Konstitusiyanın müvafiq maddəsinə (17-ci maddə) uşaqların qayğısına qalmaq məsələsində dövlətin vəzifələrini artırılma istiqamətində dəyişikliklər edilməsinə ehtiyac var”, - Pənah Hüseyn bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı