Modern.az

Pakistan Baş nazirinin olduğu təyyarə təcili eniş etdi

Pakistan Baş nazirinin olduğu təyyarə təcili eniş etdi

Aktual

28 Sentyabr 2019, 14:14

Pakistan Baş naziri İmran Xanın təyyarəsi texniki nasazlıq səbəbindən Nyu-Yorka qayıdıb.

 

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, hava gəmisində baş nazirlə yanaşı, BMT Baş Assambleyasında iştirak edən Pakistan nümayəndə heyəti də olub.

Məlumatda bildirilir ki, təyyarə Con Kennedi aeroportundan gecə saatlarında havaya qalxıb. Bir müddət sonra pilot texniki nasazlığın yarandığını bildirib və təyyarəni təcili aeroporta endirib. Texniki nasazlığın səbəbləri ilə bağlı hələlik heç bir məlumat verilmir.

 

Qeyd olunur ki, Pakistan heyəti bu gün ABŞ-da qalıb, sabah öz ölkələrinə qayıdacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı