Modern.az

Rusiyanın xalq artisti həkimə bıçaqla hücum etdi

Rusiyanın xalq artisti həkimə bıçaqla hücum etdi

Aktual

28 Sentyabr 2019, 17:27

Rusiyanın xalq artisti, teatr direktoru və müəllim Leonid Xeyfets təcili yardım həkiminə bıçaqla hücum edib.

 

Virtualaz.org bildirir ki, bu barədə “112 Telegram” kanalı məlumat yayıb.

Kanal mənbələrinin verdiyi məlumata görə, Xeyfets küçəyə qaçmaq istəyərkən həyat yoldaşı onun qarşısını almağa çalışıb. Bu zaman çağırılan təcili tibbi yardım özünü çatdırıb. Rejissor pilləkəndə olan tibb işçisinə hücum edib. Hücumun səbəbinin kəskin psixoz olduğu güman edilir.

 

Bildirilir ki, sağ budundan bıçaqlanan həkim xəstəxanaya yerləşdirilib.

REN TV-nin məlumatına görə, həkim pilləkəndə direktorun təzyiqini ölçməyə çalışıb və hadisə də həmin vaxt baş verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı