Modern.az

"Bu təşəbbüs  ekoloji mühitin sağlamlaşdırılmasına böyük töhfədir" - Deputat

Aktual

28 Sentyabr 2019, 20:31
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü tovuzlular tərəfindən dəstəklənib.
 
Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir və tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İmaddədin Nəsiminin irsinin təbliğı, dünyada tanıtdırılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədi ilə xeyirxah təşəbbüs irəli sürüb. Təşəbbüs çərçivəsində noyabr ayında Azərbaycanda bir gündə 650 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, bu nəcib təşəbbüslə bağlı artıq hazırlıqlara başlanılıb. “Həmin gün əkilməsi nəzərdə tutulan ağacların tədarükü gedir və hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunması üçün çeşidləmə aparılır. Bütün regionlarda, eyni zamanda Tovuzda 650 min ağacın əkilməsi üçün hazırlıq işləri gedir. Artıq biz Tovuzda bununla bağlı aidiyyəti qurumlarla, əhali ilə görüşdük.


Hesab edirik ki, bu layihə ilə hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərə çarpacaq artımı baş verəcək və ölkədə yeni bir rekorda imza atılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı