Modern.az

Teymur Rəcəbov  finalda çinli şahmatçı ilə qarşılaşacaq

Teymur Rəcəbov  finalda çinli şahmatçı ilə qarşılaşacaq

Aktual

28 Sentyabr 2019, 22:16

Dünya kubokunun yarımfinalında çinli şahmatçı Din Lijen öz həmyerlisi Yuy Yantini tay-brekdə məğlub edib.

Modern.az  xəbər verir ki, hər iki partiya heç-heçə bitdiyi üçün oyunun taleyi tay-brekdə həll olunub.

Qeyd edək ki, Lijenin finalda rəqibi həmyerlimiz Teymur Rəcəbov olacaq.

Yarımfinalda Rəcəbov iki partiyanın nəticələrinə görə fransalı Naksim Vaşye-Laqravı məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!