İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Nyu Yorkda xərçəngdən müalicə alan ölkənin BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Ravançini ziyarət etməsinə icazə verilməyib.
Modern.az xəbər verir ki, İranın XİN başçısı bu barədə şəxsi "Tvitter" səhifəsində qeyd edib. O, Ravançi ilə görünütülü danışıqlarının fotosunu da paylaşıb:
“Texnologiya sayəsində bir neçə küçə irəlidəki xəstəxanada yatan 40 illik dostum və BMT səfirimiz Ravançiyi görə bildim”.
Qeyd edək ki, BMT BA-nın 74-cü sessiyası çərçivəsində Nyu Yorkda səfərdə olan Cavad Zərif ABŞ-ın sanksiyaları və səyahət qadağasına görə sadəcə daimi nümayəndəliyə və BMT-nin binasına gedib gələ bilər.