Modern.az

Cəlilabadda ağır qəza: 1 ölü, 4 yaralı var

Cəlilabadda ağır qəza: 1 ölü, 4 yaralı var

Aktual

29 Sentyabr 2019, 10:53

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb. 

 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

 

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

 

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı