Ağcabədi rayonunda Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücülərə qarşı reyd keçirib.
Modern.az məlumat verir ki, Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə reyd keçirilib.
Reyd zamanı hərəkətin intensiv olduğu ərazidə polis əməkdaşları tərəfindən sürücülər və piyadalarla maarifləndirici şöhbətlər aparılıb. Məqsəd yeni dərs ilinin başlanması ilə əlaqədar şagirdlərin piyada keçidərindən isifadəsi, yolda rahat və təhlükəsiz hərəkətin təmini, axınının normal qaydada təşkilini həyata keçirməkdir. Reyd zamanı kobud qayda pozuntusuna yol verən, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlər aşkarlanaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.