Modern.az

Premyer Liqada VI tur  yekunlaşdı

Premyer Liqada VI tur  yekunlaşdı

Aktual

29 Sentyabr 2019, 21:58

Azərbaycan Premyer Liqasında VI tur başa çatıb.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, "ASCO Arena"da "Keşlə" "Zirə"ni qəbul edib. Görüş nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk yarıda hesab açılmayıb. İkinci hissədə isə "Keşlə" iki gözəl qol vurub. 53-cü dəqiqədə Ruslan Qurbanov qapının uzaq küncünə qarşısıalınmaz zərbə endirib. 64-cü dəqiqədə isə Lorenso Frutos cinah ötürməsindən sonra topu birbaşa qapıya göndərib. Bununla da qollarının sayını 4-ə çatdıran Frutos bombardirlər siyahısında vahid liderə çevrilib.

"Keşlə" isə xallarını 10-a çatdıraraq, 3-cü pilləyə yüksəlib. Əvəzində "Zirə" 7 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" öz meydanında "Sumqayıt"a 2:0, "Neftçi" səfərdə "Qəbələ"yə, "Sabah" evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı