Modern.az

Türkiyə pilotsuz uçan aparatı vurdu

Türkiyə pilotsuz uçan aparatı vurdu

Aktual

29 Sentyabr 2019, 22:46

Türkiyə hərbi hava qüvvələri Suriya ilə sərhəddəki Kilis bölgəsində naməlum pilotsuz uçan aparatı (PUA) vurub.

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bir gün öncə baş verib: "Hansı dövlətə mənsub olduğu və tipi müəyyən edilməyən PUA sentyabrın 28-də “Ərəfat qalxanı” əməliyyatı rayonunda və Kilis əyalətinin qərbində Türkiyənin hava sərhədini altı dəfə pozub. Yerli vaxtla saat 13:24-də o, İncirlik aviabazasından qalxan iki “F-16” qırıcıları tərəfindən vurulub”.


Qeyd olunur ki, PUA-nın qalıqları Kilis əyalətinin ərazisindəki Çıldıroba hərbi bazasının bölgəsinə düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı