Modern.az

Müsavat başqanlığına daha bir namizəd İRƏLİ SÜRÜLDÜ

Müsavat başqanlığına daha bir namizəd İRƏLİ SÜRÜLDÜ

Aktual

30 Sentyabr 2019, 15:45

“Müsavat Partiyası başqanllğına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram.Platformamı elan edəcəm”.

Modern.az xəbər verir ki, bunu Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı bəyan edib.

“Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq.
Əsas hədəfimiz şəffaf, nümunəvi bir qurultay keçirmək, cəmiyyətə yeni seçki ənənələri təqdim etməkdir.
Qurultayda seçkilər, səssayma prosesi tam şəffaf, müşahidəçilərin, jurnalistlərin nəzarəti altında keçiriləcək. İnternet TV-lər vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.
Əminəm ki, Müsavat bu qurultaydan daha da güclənmiş çıxacaq”,-deyə Arif hazılı bildirib.

Qeyd edək ki, bundan əvvəl daha iki tanınmış müsavatçı - Yadigar Sadıqlı və Tofiq Yaqiblu  da Müsavat başqanlığına namziədliyini irəli sürüb.

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı