Modern.az

Teymur Rəcəbov dünya kubokunun finalında ilk oyununu keçirdi

Teymur Rəcəbov dünya kubokunun finalında ilk oyununu keçirdi

Aktual

30 Sentyabr 2019, 15:51

Sentyabrın 30-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin final mərhələsinə start verilib.

Modern.az xəbər verir ki, finalda Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə qarşılaşıb. Birinci partiyada ağ fiqurlarla oynayan təmsilçimiz heç-heçə edib.

Mükafat fondu 1,6 milyon dollar olan turnirin finalçıları oktyabrın 3-dək dörd oyun keçirəcəklər. Həmin görüşlərin nəticəsində qalib müəyyənləşməsə oktyabrın 4-də tay-brek oynanılacaq.

Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı