Modern.az

“Gəncə işi”nə görə tutulan daha 4 nəfər buraxıldı

“Gəncə işi”nə görə tutulan daha 4 nəfər buraxıldı

Aktual

30 Sentyabr 2019, 16:14

Ötən ilin 10 iyulunda baş vermiş Gəncə hadisələrinə görə həbs olunanlardan daha 4 nəfər - Şahin VerdiyevVüqar YusifovEmil Məmmədov və Elmir Hüseynzadə azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov bildirib. Onlardan üçünə şərti cəza verilib. V.Yusifovun isə həbsdə saxlandığı 1 il 2 ay 6 gün yetərli hesab edilib.

Adları çəkilən şəxslərin də daxil olduğu 8 nəfərlik daha bir qrupun mühakiməsi yekunlaşıb.

Sentyabrın 30-da Sabunçu rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri onlara hökm oxuyub. Hakim Dadaş Rzayevin sədrliyi ilə çıxarılan hökmə əsasən, digər 4 nəfərə 5 ildən 15 ilə qədər cəza verilib. 

krəm Əliyev 15 il, bib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Bu qrupdakı 8 nəfərə CM-in 29.120 (qəsdən adam öldürməyə cəhd), 220.1 (kütləvi iğtişaşların təşkili), 228 (qanunsuz silah saxlama) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə) maddələriylə ittiham verilmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı