Modern.az

Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradıldl

Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradıldl

Aktual

30 Sentyabr 2019, 17:14

Baş Prokurorluqda yeni Çağrı Mərkəzi yaradılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2001-ci ildən başlayaraq vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qarşıya qoyulmuş vəzifələrin həlli istiqamətində bir çox işlər görülüb, o cümlədən Baş Prokurorluqda “Qaynar xətt”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində isə “161 Qaynar xətt” əlaqə mərkəzləri yaradılaraq uğurla fəaliyyət göstərib.

Ötən müddət ərzində “Qaynar xətt” əlaqə mərkəzləri vətəndaşlarla, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsinə, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, operativliyin və aşkarlığın artırılmasına xidmət etmiş, müraciətlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Dövlət başçısı İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı