Modern.az

“Türk Əməkdaşlıq Memarı” kitabının təqdimatı keçirildi

“Türk Əməkdaşlıq Memarı” kitabının təqdimatı keçirildi

Aktual

30 Sentyabr 2019, 17:22

Ankarada Qazaxıstan səfirliyi və Beynəlxalq Türk Akademiyası ilə birlikdə tarixi Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümü münasibətilə görüş keçirilib. Tədbir çərçivəsində, Türk Akademiyasının hazırladığı “Türk Əməkdaşlıq Memarı” kitabının təqdimat mərasimi keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə bir sıra ölkələrin diaspor təmsilçiləri iştirak edib.

 

Tədbirin açılış nitqində səfir Abzal Saparbekulı bildirib ki, Türk dünyasında birlik və həmrəylik və qarşılıqlı əlaqələrin qorunması gələcək nəsillər üçün də çox vacibdir.

“Kitab daş üzərində möhür kimi qoyulur və qeyd olunur. Buna görə də kitabı oxuyan hər kəs dövlət başçılarının, məşhur siyasətçilərin və ziyalıların Türk dünyasında quruluşçu prezidentimizin (Nursultan Nazarbayev) rolunu hərtərəfli müzakirə edən köklü qardaşlığımızı dərindən başa düşəcəkdi".

 

Abzal Saparbekuli Prezident Nursultan Nazarbayevin eyni kökdən olan insanları bir araya gətirdiyini, qırılan qızıl körpünü yenidən qurduğunu və onun təşəbbüsü ilə 3 oktyabr 2009-cu ildə Türk Şurasının yaradıldığın, Naxçıvan Sazişinin imzalandığını xüsusi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı