Bir müddət əvvəl İspaniya çempionu Şamo Eyvazov tərəfidnən yaradılan “Qarabağ” İdman Klubunun idmançıları artıq rinqlərdə qələbə qazanmaqdadırlar. Onlar İspaniyada kikboksinq üzrə yarışda qələbə qazanıblar. Bu barədə diaspor üzrə ekpsert Elnur Eltürk Modern.az-a məlumat verib.
“Klubun idmançıları Samuel Quijano Ceballos kikboksinqin (k1) versiyasında rəqibini 2-ci raundda nokaut ilə məğlub edib. Klubun digər üzvü Adrian Tamayo Garcia rəqibinə xal hesabı qalib gəlib. Yeni yaranan klub üçün böyük qələbədir. Baş məqçi Şamo Eyvazov klubun güclənməsi istiqamətində fəaliyyətini davam etdirməkdir”.