Modern.az

Prezident  Milli Təhlükəsizlik Şurasını topladı

Prezident  Milli Təhlükəsizlik Şurasını topladı

Aktual

30 Sentyabr 2019, 21:08

Türkiyənin  Milli Təhülkəsizlik Şurasının 3,5 saat keçirilən iclası başa çatıb.

Modern.az  Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın başçılığı ilə keçirilən iclasda, təhlükəsizliklə bağlı bir neçə məsələ müzakirə edilib.

Toplantıdan sonra verilən açıqlamada, Türkiyənin Suriyada “Təhlükəsiz bölgə” nin yaradılmasına dair dözümlülüyünü, fəaliyyətlərini gücləndirəcəyi bildirilir.

Bundan başqa iclasdan sonra edilən açıqlamada, terror təşkilatlarına qarşı əməliyyatların həyata keçiriləcəyi qeyd olunub.

 Açıqlamada, Pəncə hərbi əməliyyatlarının, terrorçular bölgədən tamamilə təmizlənənə qədər davam edəcəyi vurğulanıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!