Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün konsert verə biləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, rok ifaçısı bu barədə şəxsi "tvitter" hesabında yazıb.
22 yaşlı qızın müalicəsi üçün 400 min türk lirəsinə ehtiyacı olduğunu bildirən ifaçı, Azərbaycanın dövlət rəsmilərinə səslənib.
"Bakıda çoxlu dinləyicilərim var. Biletli konsert təşkil edin, əldə edilən gəliri Sura üçün xərcləyək. Qardaşlığımızı gücləndirək",- deyə Haluk Levent bildirib.