“Göygölün 880 illiyi münasibətilə ETSN-nin sosial şəbəkə səhifəsində elan edilmiş müsabiqə başa çatıb”. Bunu jurnalistlərə “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada nazirliyin şöbə müdiri Səyyarə Məmmədova deyib.
O qeyd edib ki, müsabiqə iştirakçılarına beş gün ərzində hər gün bir sual ünvanlanıb. “Suallar milli parklar və "Qırmızı kitab"a düşən növlər haqqında məlumatları əhatə edib. Suallara düzgün cavab verən ilk iki nəfər qalib hesab olunub. Bu həftənin sonunda hər bir qalib 1 tanışı ilə birlikdə Göygöl Milli Parkına səfər edəcək”.