Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:
“Əməkdar elm xadimi”
Əlimərdanov Hafiz Mütəllim oğlu
Həsənov Arif Həsən oğlu
İbrahimov Hikmət Camal oğlu
“Əməkdar mühəndis”
Abdullayev Elmar Şahmar oğlu.
Prezidentin digər sərəncamı ilə, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Əliyeva Leylufər İmran qızı
Hacıyev Arif Şahmalı oğlu
Məmmədbəyli Eldar Hüseynqulu oğlu
Səidova Adilə Atakişi qızı
Süleymanov Samir Süleyman oğlu.
Prezidentin daha bir sərəncamı ilə, Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Abbasov Vaqif Məhərrəm oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Rüstəmov Musa İsmayıl oğlu.