Modern.az

Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi

Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi

Aktual

4 Dekabr 2019, 17:52

Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib.

 

Modern.az-ın  xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimidir:

 

 Komissiyanın həmsədri:

 

 Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

 Komissiyanın üzvləri:

 

 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 Azərbaycan Respublikası energetika nazirinin müavini

 Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 Azərbaycan Respublikası təhsil nazirinin müavini

 Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

 “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

 Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı