Modern.az

"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yaydı - VİDEO

Aktual

4 Dekabr 2019, 18:01

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

 

Bu barədə Modern.az-a “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".

 

"Azəriqaz" həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı