Modern.az

Nazirin müavini və sürücüsü həbs OLUNDU

Nazirin müavini və sürücüsü həbs OLUNDU

Aktual

4 Dekabr 2019, 19:31

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Gevork Loretsyan, onun sürücüsü və ölkənin futbol klublarından birinin rəhbəri həbs olunub.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, böyük məbləğdə rüşvət almaqda ittiham olunan bu “üçlük” Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

 

Klubda çalışan şəxsin həm də bir sıra şirkətlərin rəhbəri olduğu bildirilir. İlkin məlumata əsasən müavin nazirliyin idman inventarının alınması ilə bağlı elan etdiyi müsabiqələrdə şirkətə yardımçı olub. O, böyük məbləğdə rüşvət qarşılığında gördüyü bu işi sürücüsü vasitəsilə razılaşdırıb.

 

Rüşvət aldıqdan sonra isə hər üç şəxs saxlanılıb. İşlə bağlı sənədlər qurumun istintaq departamentinə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı