Modern.az

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılır

Seçki məntəqələrinə çip oxuyan qurğular paylanılır

Aktual

17 Dekabr 2019, 17:12

“Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq:

 

“Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...