Modern.az

Seçkilərlə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq - MSK sədri

Seçkilərlə bağlı Müstəqil Media Mərkəzi yaradılacaq - MSK sədri

Aktual

17 Dekabr 2019, 17:44

“Azərbaycanda seçkilərlə bağlı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə bir nümunə kimi göstərilir”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O, bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə müstəqil media mərkəzi yaradılacaq:

 

“Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...