Goranboyda avtomobil aşıb.
Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında rayonun Qızılhacılı kəndi yaxınlığında baş verib.
İdarəetmədən çıxan “VAZ” markalı minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan iki nəfər - 1979-cu il təvəllüdlü Alik Əhmədov və 1990-cı il təvəllüdlü Orxan Əfşarov rayon xəstəxanasına yerləşdiriliblər. Yaralılar Göygöl rayon sakinləridir.