Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

22 Dekabr 2019, 12:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şimal-qərb küləyi 3-8 m/s , gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-8° isti, gündüz  11-13° isti olacaq.

Atmosfer  təzyiqi 764 mm  civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq.   


Dekabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. 
Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı