İngiltərə Premyer Liqasında 18-ci turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Mançester Yunayted” səfərdə autsayder “Uotford”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da çempionatda beşinci məğlubiyyətini alan “Mançester Yunayted” 25 xalla 8-ci yerdə gedir.
“Uotford” isə 12 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.