Modern.az

YAP İdarə Heyətinin üzvü namizədlər siyahısından DANIŞDI

YAP İdarə Heyətinin üzvü namizədlər siyahısından DANIŞDI

Aktual

25 Dekabr 2019, 17:15

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında  partiyanın İdarə Heyətinin mətbuata qapalı iclası keçirilib.

 

Məlumata görə, iclasda Yeni Azərbaycan Partiyasının gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı da açıqlanıb.

 

Modern.az yayılan məlumatları dəqiqləşdirmək üçün YAP İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri olan Kərim Kərimovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, xəbər doğru deyil:

 

“Bu gün YAP-da İdarə Heyətinin iclası keçirilməyib”.

 

Kərim Kərimov  YAP-ın namizədlər siyahısından da söz açıb:

 

“Yaxın vaxtlarda YAP-ın namizədlər siyahısı açıqlanacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı