Modern.az

Bakı məktəblərində 943 nəfər işə qəbul olunub - FOTO

Bakı məktəblərində 943 nəfər işə qəbul olunub - FOTO

Aktual

26 Dekabr 2019, 13:38

2019-cu təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub.

 

Bu barədə Modern.az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, bunlardan 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul mərhələsi, 274 nəfəri vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255 nəfəri isə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib.

 

1662 nəfər isə müddətli müqavilə əsasında işə qəbul olunub. Bunlardan 1099 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli əmək müqaviləsi ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işə qəbul edilib. Həmçinin 563 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı