Modern.az

AMEA-da birinci vitse-prezident vəzifəsinə namizədlər AÇIQLANDI

AMEA-da birinci vitse-prezident vəzifəsinə namizədlər AÇIQLANDI

Aktual

28 Dekabr 2019, 13:30

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

 

Modern.az-ın məlumatına görə, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

 

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

 

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

 

Səsvermə üçün fasilə elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı