2019-cu ildə 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.
Bu barədə Modern.az-a Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 13 direktorun iş yeri dəyişdirilib.
111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.
18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.