Bu gün Hacıqabul rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin şəxsi heyətinin, ictimaiyyətin, gənclərin və çağırışçıların valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasov və digər ziyalılar çağırışçıları təbrik etmiş və onlara hərbi xidmətlərində uğurlar arzulayıblar.
Sonda çağırışçılar dövlət bayrağına ehtiramlarını bildirərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola salınıblar.