Modern.az

Azərbaycan Ordusunda intihar halları 22,2% azalıb

Azərbaycan Ordusunda intihar halları 22,2% azalıb

Aktual

31 Yanvar 2020, 15:45

“2019-cu ildə Azərbaycanda hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti qeydə alınmayıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə  keçirilən geniş kollegiya iclasında bildirilib. İclasda ötən il qeydə alınan müxtəlif kateqoriyalı cinayət hallarının 2018-ci illə müqayisəli araşdırması təqdim edilib.

Qeyd edilib ki, 2019-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 22,2%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 91,7%, xuliqanlıq cinayətləri isə 14,3% azalıb. Eyni zamanda, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7%, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 15,5 %, qulluğa səhlənkar yanaşma cinayətləri 41,2%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50,0%, hərbi xidmətdən yayınma cinayətləri 14,1%, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 30,2%, fərarilik cinayətləri isə 28,6% az olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada