Yanvarın 27-də respirator infeksiya ilə Klinik Tibbi Mərkəzə (KTM) mürəciət edən çinli tələbə Bakı Dövlət Universitetində təhsil alır.
Xəstəxananın baş direktoru Ədalət Dadaşovun Modern.az-a verdiyi məlumata görə, xəstə yanvarın 12-dən 19-na qədər Çində olub.
Baş həkimin sözlərinə görə, dərhal xəstəyə lazımi yardım göstərilib:
“Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir. Hazırda onun vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq”.