72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə bir araya gəlib.
Modern.az xəbər verir ki, deputatlığa namizəd bu gün Ərsilə, Arus və Telavar kəndlərində seçicilərlə görüşüb.
Musa Qasımlı ilə görüşə ətraf kəndlərdən də insanlar gəliblər.
Həmçinin, şəhidlərin qohumları və yaxınlarının da iştirak etdiyi toplantıda seçicilər Musa Qasımlını çox isti qarşılayıblar.
Görüşdə çıxış edənlər həlli vacib olan məsələləri deputatlığa namizədin diqqətinə çatdırıblar. Çıxış edən seçicilər artıq seçim etdiklərini və səslərini Musa Qasımlıya verəcəklərini bildiriblər.
Sonda Musa Qasımlı bütün seçicilərinə minnətdarlığını bildirib.