Modern.az

Seçicilər: “Səsimizi İsa Həbibbəyliyə verəcəyik”- Fotolar

Seçicilər: “Səsimizi İsa Həbibbəyliyə verəcəyik”- Fotolar

Aktual

31 Yanvar 2020, 17:03

Akademik İsa Həbibbəyli seçiciləri ilə seçkiqabağı təbliğat-təşviqat işlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikası Şərur rayonunun  kəndlərinə gedərək seçicilərlə görüşlər keçirib.

 

Görüş zamanı Milli Məclisə namizəd , AMEA-ın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktoru Akademik İsa Həbibbəyli  Muxtar Respublikada və Şərur rayonunda aparılan  böyük quruculuq işləri və görüləcək işlər barədə geniş müzakirələr aparıb.

 

Eyni zamanda İsa Həbibbəyli  seçicilərlə  görüşlər zamanı onların çoxsaylı suallarını  cavablandırıb. Seçiqabağı təşviqatını aparan İsa Həbibəyli ölkə prezidenti İlham Əliyevin apardığı islahatlardan, görülən işlərdən və regionların inkişafı barədə seçicilərinə məlumat verib.

 

İsa Həbibbəyli  orta məktəblərə gedərək müəllim heyəti ilə görüşüb.

 

Seçicilər görüş zamanı yüksək nikbinliklə fikirlərini bölüşüblər. Həmçinin, seçicilər ölkə rəhbərliyinə və Yeni Azərbaycan Partiyasına böyük inam bəslədiklərini də deyiblər.

 

Çıxış edən seçicilər ”Səsimizi İsa Həbibbəyliyə verəcəyik. O hər zaman bizim yanımızda olub. Təhsillə bağlı bütün məsələlərdə aktiv iştirak edib”.

 

Sonda bütün seçicilər fevralın 9-da İsa Həbibbəyliyə səs verəcəklərini xüsusi qeyd ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı