Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədləri ədalətli olmağa çağırıb
Modern.az xəbər verir ki, bu barədə müraciəti MSK sədri qurumun bu gün keçirilən iclasında səsləndirib. O vurğulayıb ki, bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir:
“Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.
MSK sədri vurğulayıb ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır.
Xatırladaq ki, Azərbaycanda 2020-ci il fevral ayının 9-da parlament seçkiləri keçiriləcək.