Gəncənin Şeyxzamanlı qəsəbəsində Milli Məclisin deputatı, 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Musa Quliyevin seçicilərlə növbəti görüşü baş tutub.
Modern.az xəbər verir ki, geniş tərkibdə keçirilən bu görüşdə, Musa Quliyevin parlament fəaliyyəti, qanun yaradıcılığı sahəsində gördüyü işlər, beynəlxalq təşkilatlarda göstərdiyi fəaliyyət və seçiciləri ilə görüşləri barədə məlumatları əks etdirən hesabat xarakterli filmin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Gəncə ziyalıları, alimlər və seçicilər Musa Quliyevin xidmətlərindən danışmış, onun sonrakı fəaliyyətində də, qanun yaradıcılığı sahəsində, Gəncənin inkişafı naminə daha önəmli işlər görə biləcəyinə əminliklərini ifadə etmişlər. Həmçinin, görüşdə seçicilər çıxış edərək bildirmişlər ki, bütün seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə hazırdır və partiyaya dəstəkdir.
Musa Quliyevin silsilə görüşləri davam edəcək.