Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müalicə alan xəstələr barədə məlumat yayıb.
Qurumlardan Modern.az-a daxil olan birgə məlumata görə, fevral ayının 10-u üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:
“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir”.
Rəsmi məlumata görə, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar:
“Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.