Modern.az

Qalib namizəd Cəbrayıl və Qubadlı sakinlərinə səsləndi

Qalib namizəd Cəbrayıl və Qubadlı sakinlərinə səsləndi

Aktual

10 Fevral 2020, 15:17

Mərkəzi Seçki Komissiyası tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qalib elan olunan Ceyhun Məmmədov seçicilərinə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, qalib namizəd bunları deyib:

 

“Əziz cəbrayıllılar, əziz qubadlılar, dəyərli dostlar. Çox gərgin eyni zamanda, şərəfli və məsuliyyətli bir dövrü geridə qoyduq. Bu müddət ərzində mənə böyük etimad göstərib dəstək olduğunuz, seçkilərdə aktiv iştirak etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi daha məsuliyyətli günlər gözləyir. Daha güclü Azərbaycan naminə göstərdiyiniz etimada layiq olmağa, bölgəmizi layiqincə təmsil etməyə, inamınızı daha da möhkəmləndirməyə çalışacam. Yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımı bildirir, seçkidə qalib olan bütün namizədləri təbrik edir, parlament seçkilərinin xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını diləyirəm”.

 

Qeyd edək ki, Ceyhun Məmmədovun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı