Modern.az

Azərbaycanda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən 6 nəfər bu gün evə buraxılacaq

Azərbaycanda koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən 6 nəfər bu gün evə buraxılacaq

Aktual

12 Fevral 2020, 09:20

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evinə buraxılıb.

 

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir , onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı