Modern.az

İranda koronavirusa yoluxanların sayı durmadan artır

İranda koronavirusa yoluxanların sayı durmadan artır

Aktual

20 Fevral 2020, 13:56

İranda daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 3 nəfər Qum və Ərak şəhərlərində xəstəxanalarda nəzarət altındadır.

 

Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır və onlardan biri həkimdir.

 

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.

 

Yeni koronovirusla əlaqədar İranın Qum şəhərində ictimai və ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılması təklif olunub.

 

Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...