Modern.az

Vilayət Eyvazov bu idarə və şöbəni LƏĞV ETDİ

Vilayət Eyvazov bu idarə və şöbəni LƏĞV ETDİ

Aktual

3 Mart 2020, 12:16

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

 

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumatı təsdiqləyib.

 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı